ABŞ prezidenti Donald Tramp Ağ Evdə Böyük Britaniyanın baş naziri Key Starmeri qəbul edib.
Turkustan.az xəbər verir ki, mətbuat konfransından əvvəl jurnalistlərlə görüşən ikili Ukrayna ilə bağlı dəyərləndirmələr aparıb.
Tramp açıqlamasında, "Ukrayna NATO-ya üzv olmayacaq"-deyə, bildirib.
O əlavə edib ki, mədən sazişi Ukrayna üçün əsas yaradacaq.
Görüş zamanı Starmer Kral Çarlzın məktubunu Trampa çatdırıb.
Starmer isə müzakirə edilən sülh razılaşmasının qalıcı olub olmadığına diqqət yetirilməli olduğunu bildirib.
Aytən Yaşar/ Turkustan.az