Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya prezidenti Vladimir Putini “böyük dost” adlandırıb və onu yenidən ölkəsinə səfərə dəvət edib.
Turkustan.az xəbər verir ki, bu barədə jurnalistlərə Türkiyədə işgüzar səfərdə olan Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko bildirib.
Federasiya Şurasının sədrinin sözlərinə görə, o, Vladimir Putinin mesajını Türkiyə prezidentinə çatdırıb.
“Rəcəb Tayyib Ərdoğan məndən Vladimir Putinin Türkiyəyə səfərinin çox gözlənildiyini bir daha söyləməyimi istədi. Onu “böyük dostu” adlandırdı. Hamımız bilirik ki, onların həqiqətən çox yaxşı şəxsi münasibətləri var”, - Matvienko bildirib. /Modern.az/