İrlandiya Ukraynaya kömək etməyə, o cümlədən sülhməramlılar göndərməyə hazırdır.
Turkustan.az xəbər verir ki, bunu İrlandiyanın baş naziri Mişal Martin Ukrayna prezidenti Vladimir Zelenskiyə fevralın 27-də keçirdiyi görüşdə deyib.
Tərəflər bir sıra məsələləri, o cümlədən Ukraynada “davamlı və uzunmüddətli” sülh nizamlanması üzrə işi müzakirə ediblər. Xüsusilə, Ukraynanın Aİ-yə daxil olmaq planlarından danışıblar.
"Biz açıq şəkildə bildirdik ki, Ukraynanın Avropa İttifaqına qoşulması prosesini sürətləndirməkdə israrlı olacağıq. Bu, prioritetdir, çünki bu, özlüyündə Ukrayna üçün müəyyən təhlükəsizlik təminatları verir. Həmçinin iqtisadi baxımdan gələcəkdə Ukrayna üçün çox mühüm imkanlar açır və Zelenski Avropa İttifaqına ilkin mərhələdən Ukraynaya daxil olmaqda sarsılmaz dəstəyimizi yüksək qiymətləndirir", - Mişal Martin qeyd edib.
Bundan əlavə, Ukrayna prezidenti və İrlandiyanın baş naziri maliyyə dəstəyini müzakirə ediblər.
"Mən izah etdim ki, Avropa Sülh Mexanizmi çərçivəsində öhdəliklərimiz Macarıstanın Avropa İttifaqı tərəfindən yaradılmış Avropa Sülh Fonduna veto qoyması qərarı ilə pozulub. Biz Ukraynaya maliyyə yardımı göstərmək üçün alternativ yanaşmalara baxırıq və görüş zamanı ortaya çıxan bir sıra ideyalar var", - irlandiyalı siyasətçi əlavə edib. /publika.az/