Tramp sözünü geri götürdü: "... bunu mən demişəm?"


ABŞ prezidenti Donald Trampa Ukrayna prezidenti Volodimir Zelenskini “diktator” adlandırması ilə bağlı sual ünvanlanıb.

Turkustan.az xəbər verir ki, bu barədə o, mətbuat konfransında jurnalistin sualını cavablandırıb.

"Bunu mən demişəm? Bunu dediyimə inana bilmirəm", - Tramp qeyd edib.

Xatırladaq ki, o, bir müddət əvvəl Zelenskini seçkidən imtina etdiyinə görə diktator adlandırıb. /modern.az/


MANŞET XƏBƏRLƏRİ