SON DƏQİQƏ: Tramp Rusiyaya qarşı sanksiyaları uzatdı


ABŞ prezidenti Donald Tramp Ukraynadakı vəziyyətlə əlaqədar Rusiyaya qarşı əvvəllər tətbiq edilmiş bəzi sanksiyaların müddətini bir il uzadıb.

Turkustan.az xəbər verir ki, bu barədə Ağ Evin yaydığı sənədlərdə deyilir.

Söhbət 2022, 2018 və 2014-cü illərdə Vaşinqtonun Rusiya Federasiyasına qarşı tətbiq etdiyi məhdudiyyətlərdən gedir. Trampın vurğuladığı kimi, o, belə qənaətə gəlib ki, bütün bu məhdudlaşdırıcı tədbirlər “6 mart 2025-ci ildən sonra qüvvədə qalmalıdır”.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ