Ukraynada "SOS" siqnalı: Əhali sürətlə azalır


Ukraynada Rusiya ilə müharibə, eləcə də insanların ölkədən mühacirəti və doğum səviyyəsinin aşağı düşməsi səbəbindən əhalinin azalması müşahidə olunur.

Turkustan.az xəbər verir ki, Ukrayna Ədliyyə Nazirliyinin məlumatına görə, ölkədə ölənlərin sayı doğulanların sayından təxminən 3 dəfə çoxdur.

Vashington Post qəzetinin yazdığına görə, Ukrayna əhalisinin sayına görə kiçilir.

Rusiya-Ukrayna müharibəsi on minlərlə mülki vətəndaşın və əsgərin ölümünə səbəb olub, ən azı 5 milyon insan isə ölkəni tərk edərək Ukraynadan kənara köçüb. Hazırda ölkədə 5 milyon insan Rusiyanın işğalı altında yaşayır.

Əhalinin azalmasının ölkənin iqtisadiyyatına, siyasi sabitliyinə, etnik quruluşuna və gələcək döyüş qabiliyyətinə böyük təsir göstərə biləcəyi qiymətləndirilir.

Müxalifətdən olan deputat Mykola Kniajitskyi deyib ki, demoqrafik tənəzzülün bərpası “müharibədə qalib gəlmək, ədalətli və sabit sülhə nail olmaq, Avropa İttifaqına (Aİ) və NATO-ya üzv olmaq və ölkənin yenidən qurulması qədər vacibdir”.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ