Türkiyə prezidenti Ərdoğan Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenkonu Prezident Dolmabahçe Ofisində qəbul edib.
Turkustan.az xəbər verir ki, son günlər xarici təmaslarını artıran prezident Ərdoğan ötən gün İtaliyanın baş naziri Giorgia Meloni və Birləşmiş Ərəb Əmirliklərinin prezidenti Məhəmməd bin Zayed Əl Nəhyan ilə də telefonla danışıb.
Bildirək ki, dünya liderləri 26 fevral prezident Ərdoğanın doğum günü münasibətilə təbriklərini göndərmişdilər.
Aytən Yaşar/ Turkustan.az