İsrail nümayəndə heyəti Qəzzada atəşkəs məsələsinə görə Qahirəyə gedəcək


İsrailin danışıqlar qrupu Qəzzada atəşkəs və məhbus mübadiləsi sazişi üzrə danışıqlar aparmaq üçün bu gün Misirin paytaxtı Qahirəyə gedəcək.

Turkustan.az xəbər verir ki, İsrail Baş Nazirlik Ofisindən edilən açıqlamada, Baş nazir Benyamin Netanyahunun danışıqlar qrupuna danışıqları davam etdirmək üçün Qahirəyə getmələri barədə göstəriş verdiyi qeyd edilib.

Bəyanatda danışıqların hansı məsələ ilə bağlı aparılacağı barədə məlumat verilməyib.

Qəzzada atəşkəs və əsir mübadiləsi razılaşmasının 42 günlük birinci mərhələsi martın 1-də başa çatacaq.

İsrailin baş naziri Netanyahu razılaşmanın qüvvəyə minməsindən 16 gün sonra başlamalı olan danışıqların ikinci mərhələsinə mane olmaqda ittiham olunur.

Daha əvvəl Misirin paytaxtı Qahirəyə və Qətərin paytaxtı Dohaya gedən danışıqlar qruplarına ikinci mərhələ danışıqları üçün icazə verilməyib.

İsrail mətbuatı Tel-Əviv hökumətinin ikinci mərhələyə keçmək istəmədiyini və Qəzzada israilli məhbusların azad edilməsinin davam etməsi üçün birinci mərhələni uzatmaq istədiyini iddia edib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ