Hakan Fidan: Avropanın təhlükəsizlik arxitekturası Türkiyəsiz ola bilməz


Türkiyənin Xarici işlər naziri Hakan Fidan Xarici İşlər Nazirliyində Albaniyanın Avropa və Xarici İşlər naziri İqli Həsəni ilə görüşündən sonra birgə mətbuat konfransında çıxış edib.

Turkustan.az xəbər verir ki, Fidan, "Avropa təhlükəsizlik arxitekturası yenidən qurulacaqsa, Türkiyəsiz bunu etmək mümkün deyil. Türkiyəni kənarlaşdıran bir təhlükəsizlik arxitekturası çox real deyil" deyib.

Yeni rəhbərliyin Ukraynadakı müharibə ilə bağlı baxış və siyasətlərinin əvvəlki rəhbərliyinkinə demək olar ki, tamamilə zidd olduğunu ifadə edən Fidan, "Ukraynada çəkdikləri xərclərin ödənilməsi ilə bağlı razılaşma üçün zəmin yaratmağa çalışdıqlarını anlayırıq"-deyə, bildirib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ