İstanbulda Rusiya və ABŞ nümayəndə heyətləri arasında səfirliklərin işi ilə bağlı məsələlərlə bağlı danışıqlar başa çatıb.
Turkustan.az xəbər verir ki, TASS müxbirinin məlumatına görə, görüş 6,5 saat davam edib.
Danışıqlar mətbuata heç bir şərh verilmədən başa çatıb. Moskva vaxtı ilə saat 16:20 radələrində Rusiya nümayəndə heyətinin olduğu avtomobil ABŞ-ın İstanbuldakı baş konsulunun danışıqların aparıldığı iqamətgahı ərazisindən çıxıb.
Eyni zamanda, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov əvvəllər qeyd edib ki, danışıqların nəticələri ilə bağlı məlumat “bu və ya digər şəkildə veriləcək”.
Aytən Yaşar/ Turkustan.az