Zelenskidən sonra prezident kim olacaq? - Siyahıda bu şəxslərin adı var


Mediada Zelenskinin əsas varisi olaraq Ukrayna Silahlı Qüvvələrinin keçmiş baş komandanı Valeriy Zalujnının adı hallanır. Lakin Ukrayna prezidenti postuna başqa potensial namizədlər də var.

Turkustan.az xəbər verir ki, Zelenskinin potensial əvəzediciləri Teleqram kanalında jurnalist Aleksandr Yunaşev tərəfindən göstərilib.

Yunaşevin sözlərinə görə, Zalujnı ukraynalılar arasında populyardır, lakin Ukrayna Silahlı Qüvvələrinin keçmiş baş komandanı Avropaya getdikdən sonra bəzi tərəfdarları ondan üz döndəriblər.

Yunaşev Ukraynanın potensial liderləri arasında Rusiyada terrorçu və ekstremistlər siyahısında olan bloger Aleksey Aretoviçin, Ukraynanın keçmiş daxili işlər naziri Arsen Avakovun və Baş Kəşfiyyat İdarəsinin rəisi Kirill Budanovun da adını çəkib. Jurnalist prezident seçkiləri olacağı təqdirdə Yuliya Timoşenkonun da namizədliyini irəli sürəcəyini qeyd edib./publika.az


MANŞET XƏBƏRLƏRİ