Tramp KQB agenti imiş: kod adı isə bu olub - ŞOK İDDİA


Fransanın həftəlik xəbər jurnalı “Le Point” bu həftə üz qabığında ABŞ prezidenti Donald Trampa yer verib.

Turkustan.az xəbər verir ki, “Moskvanın adamı” başlıqlı 15 səhifəlik xəbərdə Trampın Moskva ilə münasibətləri diqqət mərkəzində saxlanılıb.

Xəbərdə 1980-ci illərdə KQB üçün işlədiyi iddiası ilə Trampın əlaqələri gündəmə gətirilib.

İddianı irəli sürən şəxs 1990-cı illərin əvvəllərində KQB agenti işlədikdən sonra Fransaya sığınan Sergey Jirnovdur. Jirnov iddiasını KQB-nın 6-cı şöbəsinin keçmiş əməkdaşı Elnur Musayevlə də əsaslandırıb.

Qazaxıstan Təhlükəsizlik Komitəsinin keçmiş rəhbəri Musayevin sözlərinə görə, KQB Trampı “Krasnov” kod adı ilə işə götürüb. Həmçinin KQB-nin 6-cı şöbəsinin ən mühüm iş sahəsi zəngin Qərb iş adamları arasında casuslar və məlumat mənbələri əldə etmək olub./publika.az


MANŞET XƏBƏRLƏRİ