Bəyanatdakı Türkiyə detalına görə mübahisə düşüb – Mamicanyan


“Ermənistanın hakim Mülki Müqavilə Partiyası “erməni soyqırımı”nı qınayan bəyanatın qəbulu ilə bağlı təklifə qarşı çıxıb”.

Turkustan.az xəbər verir ki, bunu erməni deputat Ayk Mamicanyan sosial şəbəkə hesabında yazıb.

“İrəvanda keçirilən Avropa İttifaqı-Ermənistan Parlament Tərəfdaşlığı Komitəsinin 4-cü iclasında insident yaşanıb. Yekun bəyanatın mətni üçün təklif etdiyim məsələlərdən biri Türkiyənin “soyqırımı” tanıması ilə bağlı idi. Burada Avropa Xalq Partiyasının 2015-ci ildə qəbul etdiyi qətnamə öz əksini tapmışdı. Müxalifətçilərlə yanaşı, Avropa Parlamentinin iki deputatı təklifin lehinə, Mülki Müqavilə Partiyasından olan deputatlar isə əleyhinə səs verdilər”, – deyə o bildirib.

Qeyd edək ki, Ermənistanla Türkiyə arasında normallaşma prosesi üç ildir başlasa da, hələlik tərəflər arasında real addımlar yoxdur./Globalinfo.az


MANŞET XƏBƏRLƏRİ