Kremlin sözçüsü Dmitri Peskov, Ukrayna böhranının Rusiya və ABŞ-ın siyasi iradəsi sayəsində həll oluna biləcəyini ifadə edib.
Turkustan.az xəbər verir ki, Peskov paytaxt Moskvada jurnalistlərə açıqlamasında cari məsələləri dəyərləndirib.
İkitərəfli münasibətlərin normallaşdırılması çərçivəsində səfirlik fəaliyyətləri ilə bağlı Rusiya və ABŞ nümayəndə heyətləri arasında İstanbulda keçirilən görüşə də toxunan Peskov bu görüşlərin ikitərəfli təmasların davamı olduğunu bildirib.
"Bu barədə danışmaq hələ tezdir. Danışıqların nəticələri barədə məlumat veriləcək"-deyə, o vurğulayıb.
ABŞ prezidenti Donald Trampın başqalarını dinləməyə hazır olduğunu və bunun vacib olduğunu bildirən Peskov, "Mövcud Vaşinqton administrasiyasını əvvəlki administrasiyalardan fərqləndirən də budur. Heç kim bu böhranın asan və tez həllini gözləmir. Bizim gündəliyimizdə çox çətin bir məsələ var. Ancaq iki ölkənin siyasi iradəsi qorunub, bir-birini dinləyib bir-birini eşitməyə hazır olsa, böhranın həlli prosesi başa çata bilər"- deyib.
Ukraynada Rusiyanın ilhaq etdiyi Donetsk, Luqansk, Zaporojya və Xerson vilayətlərinin taleyi ilə bağlı Peskov, "Bizim ərazimizə və konstitusiyamıza daxil edilən yeni bölgələr Rusiyanın ayrılmaz hissəsidir. Bu, danılmaz faktdır"- cavabını verib.
Aytən Yaşar/ Turkustan.az