Erməni terrorunun məşhur ideoloqlarından biri, yazıçı, ictimai xadim Zori Balayanla bağlı yeni xəbər yayılıb.
Turkustan.az Modern.az-a istinadən xəbər verir ki, Ermənistanın "Lurer.com" saytının məlumatına görə, bir müddət öncə - fevralın 10-da Zori Balayanın 90 yaşı tamam olub. Sayt onun oğlu Hayk Balayandan atasının vəziyyəti barədə açıqlama alıb.
Oğlu bildirib ki, atasına evdə təmtəraqsız yubiley mərasimi düzənləyiblər.
“Ölkəmizdəki ağır vəziyyətə və sağlamlıq problemlərinə görə biz bunu təmtəraqla, hansısa restoranda yox, evdə qeyd etdik”, - o deyib.
Hayk Balaynın sözlərinə görə, Ermənistandan və dünyanın müxtəlif yerlərindən həmfikirləri Zori Balayana təbrik məktubları göndəriblər.
“Zori Balayanın səhhəti hazırda necədir” sualını cavablandıram oğlu “atam iki dəfə əməliyyat keçirib, onun başına gələnlər oldu, Allaha şükür, 90 yaşına çatdı” deyib.
Oğlu Zori Balayanın ağır xəstə olduğunu gizlətməyib, onun yaddaşında problemlər olduğunu qeyd edib.
Erməni mətbuatı 90 yaşlı erməni terrorçunun sağ və ayaqda olduğuna dair subut kimi onun foroşəklini də dərc edib. Amma şəklin fotomontaj olduğunu istisna da etmək də olmaz.
Zori Balayan II Qarabağ müharibəsi ərəfəsində iflic olmuş, danışıq qabiliyyətini itirmişdi. Bu səbəbdən o, hələ də 44 günlük müharibədəki məğlubiyyətə və 19-20 sentyabr 2023-cü il tarixli antiterror əməliyyatlarından sonra qondarma “Artsax”ın darmadağın olmasına münasibət bildirə bilməyib. Məlumatlara görə, yaddaşını itirən Zori Balayan 2020-ci ildən sonra Qarabağda nələr olduğu barədə anlaqsızdır.
10 fevral 1935-ci ilddə Xankəndi şəhərində anadan olmuş Z.Balayan Birinci Qarabağ müharibəsinə səbəb olan separatçı hərəkatın təşəbbüsksarlaından və ermənilərin bədnam “Miatsum” (“birləşmə”) şüarının müəlliflərindən biridir.
O, 80-ci illərin əvvəllərində yazdığı “Ocaq” əsəri ilə ermənilər arasında məşhurlaşmışdı. Bu kitabda Z.Balayan tarixi təhrif edərək, Qarabağın guya erməni torpağı olduğunu iddia edib. O, həmçinin, kitabda türkləri və azərbaycanlıları həm Rusiyanın, həm də Ermənistanın düşməni elan edib.
Z.Balayan həm də Xocalı soyqırımının təşəbbüskarlarındandır.
1988-ci ildə Zori Balayan digər erməni ideoloqu Silva Kaputikyanla birgə Moskvada SSRİ prezidenti Mixail Qorbaçovla görüşərək, ondan “Qarabağ məsələsini” Ermənistanın xeyrinə həll etməyi istəmişdi.
Zori Balayan 1994-cü ildə Bakı metrosunda törədilmiş qanlı terrorun sifarişçisi kimi də tanınmışdı.
Bununla əlaqədar Zori Balayana Azərbaycanda cinayət işi açılmışdı.
2005-ci ilin may ayında Zori Balayan İnterpol tərəfindən İtaliyada beynəlxalq axtarışda olan şəxs kimi saxlanılmış, polis məntəqəsində 4 saat saxlandıqdan sonra sərbəst buraxılmışdı.