İsrail fələstinli əsirlərin azadlığa buraxılmasını yenə təxirə saldı


Fələstin Əsirlər Dərnəyi İsrailin əsir mübadiləsinin yeddinci turunda 46 fələstinlinin təhvil verilməsini cəsədləri çıxarılan israilli əsirlərin kimliyi müəyyən edilənə qədər təxirə saldığını açıqlayıb.

Turkustan.az xəbər verir ki, Fələstin Məhbuslar Cəmiyyətinin mətbuat katibi Emani Serahine bildirib ki, İsrail rəsmiləri gecə saatlarında 602 fələstinlin” azad edib.

"İsrail məhbus mübadiləsinin 7-ci raundunda götürdüyü 4 məhbusun cəsədi müəyyən olunana qədər qadın və uşaqlar da daxil olmaqla 46 fələstinli məhbusun azadlığa buraxılmasını təxirə salıb"-deyə, Serahine bildirib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ