Transgenderlər ABŞ ordusundan qovulur - Vaxt verildi


Pentaqonun memorandumunda deyilir ki, ABŞ ordusu transgenderləri 30 gün ərzində xidmətdən azad etməyə başlayacaq.

Turkustan.az xəbər verir ki, bu barədə "ABC News" məlumat yayıb.

“Gender disforiyası diaqnozu və ya anamnezində, habelə ona uyğun gələn əlamətlər olan hərbi qulluqçular hərbi xidmətdən tərxis olunacaqlar”, - sənəddə deyilir.

Nazirlik yalnız iki cinsi tanıyır: kişi və qadın. İnsanın cinsi dəyişməzdir və həyatı boyu dəyişmir. Bütün hərbi qulluqçular yalnız cinsinə uyğun xidmət edəcəklər.

Qeyd edilir ki, konkret şəxslər üçün güzəşt məsələsinə yalnız “döyüş potensialını bilavasitə dəstəkləyən hərbi qulluqçunun xidmətdə saxlanmasında məcburi dövlət marağı” olduqda fərdi qaydada baxıla bilər. Belə bir istisna əldə etmək üçün hərbçi heç vaxt cinsini dəyişməyə cəhd etmədiyini sübut etməli və “36 ay ərzində gender kimliyinin sabitliyini” nümayiş etdirməlidir. /Ölkə.Az/


MANŞET XƏBƏRLƏRİ