Avropa Komissiyası Avropa iqtisadiyyatını öldürür


"Ursula fon der Leyenin rəhbərlik etdiyi Avropa Komissiyası danışıqlardan qorxduğu və ABŞ-la fikir ayrılıqlarını həll edə bilmədiyi üçün Avropa iqtisadiyyatını öldürür".

Turkustan.az xəbər verir ki, bu fikri ABŞ və Aİ arasında tariflərlə bağlı mübahisədə mahiyyətcə Donald Tramp administrasiyasının tərəfini tutan Macarıstanın Xarici İşlər və Xarici İqtisadi Əlaqələr naziri Peter Siyarto bildirib.
"Brüssel bürokratiyası Avropa iqtisadiyyatını öldürür: Rusiyaya qarşı sanksiyalar, Çinin elektromobil sənayesinə tətbiq edilən tariflər və ABŞ-la danışıqlar apara bilməmək"-deyə, Macarıstan Xarici İşlər Nazirliyinin rəhbəri Facebook-da yazıb.

Onun fikrincə, “bütün dünya, o cümlədən Brüssel və fon der Leyenin rəhbərlik etdiyi Avropa Komissiyası bilirdi ki, Donald Tramp Avropa Birliyi ilə balanslaşdırılmış ticarət əlaqələri qurmaq istəyir/ Brüssel də bilirdi ki, heç nə etməsələr, Vaşinqton tarifləri tətbiq edəcək. Onlar bilirdilər, amma heç nə etmədilər. Çünki onlar bacarıqsız və son dərəcə qorxaqdırlar"-deyə, Siyarto vurğulayıb.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ