Mərakeş davam edən quraqlıq böhranı və son altı il ərzində Mərakeşin kənd təsərrüfatına və ölkənin bütün iqtisadiyyatına mənfi təsir göstərən problemlərlə əlaqədar Qurban Bayramını rəsmi olaraq ləğv edib.
Turkustan.az “Morocco World News” portalına istinadla xəbər verir ki, Mərakeş iqtisadiyyatı altı ildir davam edən quraqlıq böhranından çıxdığı bir vaxtda Kral VI Məhəmməd Mərakeşliləri bu il Qurban bayramını qeyd etməməyə çağırıb.
Rəsmi rəqəmlərə görə, Mərakeşdə mal-qara və qoyun sürüləri 2025-ci ildə doqquz il əvvəlki son siyahıyaalmadan sonra ardıcıl quraqlıqlarla əlaqədar 38% azalıb.
“Bu qərar sizə bu dini ayinləri ən yaxşı şəraitdə yerinə yetirmək imkanı vermək öhdəliyimiz, mal-qaranın sayının əhəmiyyətli dərəcədə azalmasına səbəb olan iqlim və iqtisadi çətinlikləri nəzərə almaq vəzifəmizlə müşayiət olunur”, - deyə Mərakeşin ali dini lideri Kral VI Məhəmməd qeyd edib.
Nəşrin məlumatına görə, bu il yağıntılar son 30 ilin orta göstəricisindən 53% az olub və bu, mal-qaranın qidalanması üçün otlaq çatışmazlığına səbəb olub. Nəticədə, bu, ət istehsalının azalmasına və qiymətlərin artmasına səbəb olub.
Mərakeş həmçinin, Avstraliyadan 100 minə qədər qoyun idxal etmək üçün müqavilə imzalayıb.
Mərakeş 2025-ci il büdcəsində daxili bazarda qiymətləri sabit saxlamaq üçün mal-qara, qoyun, dəvə və qırmızı ətə idxal rüsumlarını və əlavə dəyər vergisini dayandırıb.
Qeyd edək ki, bu il Qurban bayramı iyunun 6, 7-si keçiriləcək.