Dövlət katibi Marko Rubio bildirib ki, Vaşinqton Rusiya və Çin arasında əlaqələri zəiflətmək istəyir, çünki bu əlaqələrin güclənməsi ABŞ üçün zərərlidir.
Turkustan.az xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.
“Çinlilərlə münasibətləri nə vaxtsa kəsib-kəsməyəcəyimizi bilmirəm”, - dövlət katibi qeyd edib.
Rubio xəbərdarlıq edib ki, Moskva Pekinin daimi tərəfdaşı olarsa, Çin və Rusiya arasında daha sıx əlaqələr ABŞ üçün problem yaradacaq:
“Elə vəziyyətlə üzləşə bilərik ki, Rusiya ABŞ ilə münasibətləri yaxşılaşdırmaq istəsin, amma tamamilə çinlilərdən asılı olduğu üçün bunu edə bilməsin”./teleqraf