Paşinyanın deputatları qondarma soyqırımı ilə bağlı bəyanatın əleyhinə səs verdilər - FOTO


Ermənistanın hakim “Mülki Müqavilə” partiyasının deputatları qondarma “erməni soyqırımını” pisləyən bəyanatın əleyhinə səs veriblər.

Turkustan.az xəbər verir ki, bu barədə müxalif deputat, Ermənistan Respublika Partiyasının üzvü Hayk Mamicanyan “Facebook” səhifəsində yazıb.

“Ermənistan-Avropa İttifaqı Parlament Tərəfdaşlığı Komitəsinin Yerevanda keçirilən 4-cü iclası zamanı diqqətçəkən hadisə baş verib. Yekun bəyanatın mətni üçün mən doqquz təklif təqdim etdim, onlardan biri Türkiyənin “soyqırımı” tanıması ilə bağlı idi.

Fotoda bu təklifə səsvermənin keçirilmə anı əks olunub. Göründüyü kimi, müxalifətçilərdən başqa (şəkildə digər ikisi görünmür) iki deputat təklifin lehinə, “Mülki Müqavilə” partiyasından olan deputatlar isə əleyhinə səs verib. Yəni avropalılar “erməni soyqırımı”nı pisləyən təklifin tərəfdarı, “Mülki Müqaviləsi” partiyasından olan deputatlar isə əleyhinə olublar”, - Mamicanyan qeyd edib./publika.az


MANŞET XƏBƏRLƏRİ