Şimali Koreya Kursk bölgəsinə yeni qüvvələr göndərib - Kəşfiyyat sayını açıqldı


KXDR Ukrayna ilə müharibədə iştirak etmək üçün Rusiyanın Kursk vilayətinə əlavə qüvvələr göndərib.

Turkustan.az xəbər verir ki, bu barədə Cənubi Koreya xəbər agentlikləri milli kəşfiyyata istinadən məlumat yayıb. Qeyd olunur ki, transfer 2025-ci il fevralın əvvəlində baş tutub.

Cənubi Koreyanın “JoongAng” nəşrinin çoxsaylı mənbələrə istinadən verdiyi məlumata görə, bu ilin yanvar-fevral ayları arasında KXDR Rusiyaya üç minə qədər hərbçi göndərib.

Şimali Koreya qoşunlarının "Kursk Cəbhəsinə" köçürülməsi Rusiya yük gəmiləri və hərbi təyyarələri tərəfindən həyata keçirilib. “JoongAng” mənbələri bildiriblər ki, ötən il döyüşlərdə iştirak etməyən motoatıcı, mühəndislik və kəşfiyyat bölmələri əraziyə gəlib.

Fevralın əvvəlində Şimali Koreya lideri Kim Çen In KXDR ordusu və xalqının Rusiyaya davamlı dəstəyini bəyan edib.

2024-cü ilin payızında Ukrayna tərəfi Kursk bölgəsinə gələn KXDR qoşunlarının birinci qrupunun sayını 11 min nəfər olaraq qiymətləndirdi.2025-ci ilin yanvarına olan məlumata görə, Şimali Koreyanın 300 əsgəri həlak olub, daha 2,7 min nəfər isə yaralanıb.

Moskva və Pxenyan Şimali Koreya qoşunlarının Rusiyaya gəlişini və döyüşlərdə iştirakını təsdiq etməsələr də, təkzib etmədilər. /azpolitika.info/


MANŞET XƏBƏRLƏRİ