İsrailin azad etdiyi fələstinli məhbuslar coşqu ilə qarşılandı


İsrailin azad etdiyi fələstinli məhbusları işğal altındakı İordan çayının qərb sahilinin Ramallah şəhərində ailələri və onları gözləyən izdiham coşqu ilə qarşılayıb.

Turkustan.az xəbər verir ki, İsrailin Ofer Hərbi Həbsxanasından azad edilən fələstinli məhbusları daşıyan avtobus Beynəlxalq Qızıl Xaç qruplarının müşayiəti ilə Ramallahdakı Mədəniyyət Sarayına gəlib.
Məhkumları daşıyan avtobus onların ailələri və onları gözləyən izdiham tərəfindən qarşılanıb. Meydana toplaşan camaat təkbirlər söyləyib.

Fələstinli məhbuslar avtobusdan düşüb yaxınlarını qucaqlayarkən ailələri və sevdikləri ilə görüşdükləri ərazidə duyğulu anlar yaşanıb.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ