Ərdoğandan CHP liderinə sərt xəbərdarlıq: "...həddini bil"


Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Özgür Özələ sərt xəbərdarlıq edib.

O, bu barədə AKP-nin toplantısında danışıb.

“Cənab Özel, ali baş komandan olaraq sənə səslənirəm: həddini bil, yoxsa biz yerini göstərməsini yaxşı bilirik”, - Ərdoğan deyib.

Türkiyə Prezidenti ana müxalifət partiyasını korrupsiya və qanunsuzluqla ittiham edərək bildirib ki, CHP-nin qurultaylarından tutmuş tenderlərə qədər hər sahədə qanunsuzluqlar mövcuddur:

"Son həftələrdə ortaya çıxan faktlar göstərdi ki, xüsusilə ana müxalifət partiyası çirkab içində çabalayır. Onların hər addımında qanunsuzluq və korrupsiya özünü göstərir”, – deyə o vurğulayıb.

Ərdoğan CHP liderinin Türkiyə Silahlı Qüvvələrindən (TSK) xaric edilən zabitlər haqqında söylədiyi fikirlərə də sərt reaksiya verib. O, Özeli ordunun komanda heyətinə hücumda ittiham edib: “Ordunun komanda heyətinə söz demək sənin haqqın deyil, həddini bil”.

O, həmçinin CHP sədrinə qarşı mənəvi təzminat iddiaları daxil olmaqla, hüquqi tədbirlər görəcəklərini bildirib. /Cebheinfo.az/


MANŞET XƏBƏRLƏRİ