Rusiya nümayəndə heyəti ABŞ-ın İstanbuldakı Baş Konsulluğuna gəldi


Rusiya nümayəndə heyəti ABŞ və Rusiya arasında səfirliklərin fəaliyyətinə təsir edən məsələləri müzakirə etmək üçün keçirilən görüş üçün saat 09:50-də ABŞ-ın İstanbuldakı Baş Konsulluğuna gəlib.

Turkustan.az xəbər verir ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov dünən verdiyi açıqlamada, "Diplomatlarımız əvvəlki administrasiya dövründə yığılan sistemli problemləri müzakirə edəcəklər. Bu problemlər səfirliklərin işləməsinə mane olan məsələlərlə bağlıdır. Belə bir görüş sabah İstanbulda keçiriləcək"-deyə, bildirmişdi.

Fevralın 18-də Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda ikitərəfli münasibətlər və Ukraynada müharibəyə son qoymaq məqsədi ilə iki ölkənin nümayəndə heyətləri arasında ilk görüş keçirilib.

ABŞ prezidenti Donald Tramp yaxın vaxtlarda Səudiyyə Ərəbistanında Rusiya prezidenti Vladimir Putinlə görüşərək Rusiya-Ukrayna müharibəsinə son qoyulmasını müzakirə edəcəyini açıqlayıb.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ