İlon Mask: Ölümlə hədələnirəm


Amerikalı iş adamı İlon Mask ABŞ prezidenti Donald Trampın dəvəti ilə Nazirlər Kabinetinin iclasında iştirak edib.

Turkustan.az xəbər verir ki, dövlətin kabinetdə düşdüyü faiz dalanına diqqət çəkən Mask, vəziyyətin belə davam edəcəyi təqdirdə faktiki iflasın baş verəcəyi ilə bağlı xəbərdarlıq edib.

ABŞ-ın 2 trilyon dollarlıq iqtisadi açığı olduğunu açıqlayan Mask, bu vəziyyətin daha çox davam edə bilməyəcəyini, hətta milli borcun faizinin ABŞ Müdafiə Nazirliyinin büdcəsindən çox olduğunu bildirib.

"Əgər bu davam edərsə, ölkə faktiki olaraq iflasa uğrayacaq"-deyə, o bildirib.

"Mən ona görə buradayam, lakin hazırda çoxlu ölüm təhdidləri alıram"-deyə, milyarder əlavə edib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ