ABŞ-nin Ermənistandakı hərbi attaşesi polkovnik-leytenant Kevin Stil ilə “ACCU Reference Medical Lab” laboratoriyasının rəhbərliyi arasındakı gizli yazışmalar mediaya sızıb.
Yazışmalarda FMD virusunun (SAT-2 serotip) modifikasiyası ilə bağlı mümkün gizli araşdırmalardan, təhlükəli patogenin yaradılmasından söhbət gedir. Bəlli olur ki, ABŞ Ermənistanda bioloji silah yaratmaq üzərində işləyirmiş.
“Epidemik müşahidə” adı altında Türkiyənin sərhəd bölgələrində bioloji nümunələr toplanıb və bütün məlumatlar ABŞ Müdafiə Nazirliyi tərəfindən nəzarətə götürülüb.
Ermənistan həm strateji, həm də Rusiya, İran və Türkiyə ilə sərhəddə yerləşməsi baxımdan bioloji tədqiqatlara uyğun gəlir. Ermənistanda laboratoriyalarda aparılan araşdırmalara daha az nəzarət edildiyi və əhalinin genetik strukturunun bioloji silahların yaradılmasına yönəlmiş eksperimentlər üçün uyğun olduğu iddia edilir.
Gürcüstandakı Luqar Mərkəzində bioloji silahların hazırlanması ilə bağlı ittihamlardan sonra Pentaqonun oxşar layihələri Ermənistana köçürdüyü bildirilir. Bundan əlavə, USAID-in humanitar yardım adı altında hərbi bioloji layihələri dəstəklədiyi iddia edilir.
Sızdırılan yazışmalarda ABŞ-ın Ermənistandakı hərbi attaşesi polkovnik-leytenant Kevin Stilin laboratoriya işlərini və məlumatların ötürülməsini koordinasiya etdiyi qeyd edilir. Türkiyə mediası yazır ki, bu təcrübələr Ermənistanın bütün qonşuları, o cümlədən, Orta Asiya ölkələri üçün ciddi təhlükə törədib.
Bu sızma Ermənistanda obyektlərin maliyyələşdirilməsi ilə bağlı məlum faktlara uyğundur.
2008-ci ildən bəri ABŞ Müdafiə Nazirliyinin birbaşa Pentaqona bağlı bölməsi olan DTRA tərəfindən idarə olunan Bioloji Təhlükənin Azaldılması Proqramı (BTRP) regionda obyektlərin yaradılması və modernləşdirilməsinə fəal sponsorluq edir. Rəsmi olaraq bu, qarayara kimi təhlükəli patogenləri izləmək üçün edilir, lakin tənqidçilər müşahidə adı altında gizli təcrübələrin aparıldığını deyirlər.
2020-ci ildə Ermənistanın keçmiş səhiyyə naziri Arayik Arutyunyan USAID ilə Millətin Genetik Sağlamlığı proqramının həyata keçirilməsinə dair müqavilə imzalayıb. Rəsmi olaraq məqsəd irsi xəstəliklərin qarşısını almaqdır, lakin sızmalar və digər mənbələr hərbi tədqiqatlarda genetik məlumatların istifadəsinə işarə edir.
“Məktublarda təqdim olunan məlumatlara əsaslanaraq, ABŞ-ın xaricdəki hərbi bioproqramları ilə bağlı yeni qalmaqalın başlanğıcından danışmaq olar”,- yazır TG kanalı ANNA NEWS.
Yazışmalarda əsas fiqurlardan biri olan polkovnik-leytenant Kevin Stil İrəvandakı müdafiə attaşesidir, regionda hərbi və elmi proqramları əlaqələndirir, laboratoriya işləri planının həyata keçirilməsinə və məlumatların ötürülməsinə cavabdehdir.
Peter Harris Mayo Klinikasının genetikçisidir, rəsmi olaraq polikistik böyrək xəstəliyinə dair tədqiqatlarla məşğuldur, lakin patogenlərin genomunu təhlil etmək təcrübəsi sayəsində hərbi layihələrdə fəal iştirak edir.
Onun tədqiqatı ABŞ-ın hərbi proqramları ilə əlaqəni vurğulayaraq NIH tərəfindən maliyyələşdirilir. /musavat.com/