ABŞ prezidenti Donald Tramp Rusiyanın Ukrayna böhranını uğurla həll etmək üçün güzəştə getməli olacağı fikrini bildirib.
Turkustan.az xəbər verir ki, o bu mövqeyini Ağ Evdə kabinetinin ilk iclasında açıqlayıb.
Jurnalistlər Trampdan Rusiya prezidenti Vladimir Putinin nizamlanma razılaşmasına nail olmaq üçün güzəştə getməli olduğunu düşünüb-düşünmədiyini soruşublar. "Bəli, edəcək. Məcbur olacaq"-deyə, Amerika lideri cavab verib.
Aytən Yaşar/ Turkustan.az