"Rusiya prezidenti Vladimir Putin və ABŞ prezidenti Donald Tramp arasında görüş hələ təyin edilməyib".
Turkustan.az xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Karolin Levitt Fox News telekanalında bildirib.
"Hələ heç nə planlaşdırılmayıb. Prezident bu barədə hamını məlumatlandırmaqda davam edəcək"-deyə, o, Putinlə Trampın görüşü ilə bağlı suala cavab verib. “Lakin mən bilirəm ki, ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiven Vitkoff, dövlət katibi Marko Rubio və milli təhlükəsizlik üzrə müşaviri Mayk Vals, prezidentin bu münaqişəni sona çatdırmağa tapşırdığı bütün nümayəndə heyəti ruslar və ukraynalılarla əlaqə saxlamağa davam ediblər”-deyə, Leavitt vurğulayıb. Əlavə edib ki, “Müharibəyə son qoymaq üçün hər iki tərəflə danışmalıyıq”.
Aytən Yaşar/ Turkustan.az