Ukrayna sənəddə ABŞ-a borclu kimi göstərilməyib. Borc kimi hətta 10 sentin göstərilməsinə belə razı olmayacağam.
Turkustan.az xəbər verir ki, bu açıqlama ilə Ukrayna Prezidenti Vladimir Zelenski çıxış edib.
Zelenski bildirib ki, ABŞ təmənnasız yardımı dayandırarsa,dəstək variantlarını müzakirə etməyə hazırdır:
“Biz müharibə vəziyyətindəyik. Düşünürəm ki, biz seçim edə bilməyəcəyik”.
Qeyd edək ki, daha öncə Zelenski açıqlamasında ABŞ-a verəcəkləri 500 milyard dolların olmadığını bəyan edib. /axar.az/