HƏMAS bildirib ki, Təl-Əviv ötən həftə məhbus mübadiləsinin yeddinci turunda azad edilməli olduğu fələstinli məhbusları azad edəcək, eyni zamanda İsrailli məhbusların cəsədləri sabah təhvil veriləcək.
Turkustan.az xəbər verir ki, Həmas sözçüsü Əbdüllətif əl-Qanu məsələ ilə bağlı yazılı açıqlama verib.
Kanu bildirib ki, fələstinli məhbuslar sabah israilli məhbusların cənazələrinin təhvil verilməsi ilə eyni vaxtda azad olunacaqlar.
Prosesin "İsrailin üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməsini təmin edəcək yeni mexanizm çərçivəsində" həyata keçiriləcəyini bildirən Kanu, Misir vasitəçilərinin prosesə "zəmanət verdiyini" və HƏMAS-ın "müqavilənin həyata keçirilməsinə sadiq olduğunu" vurğulayıb.
Kanu HƏMAS-ın atəşkəs və əsir mübadiləsi razılaşmasının ikinci mərhələsi üçün heç bir təklif təqdim etmədiyini, bu mərhələyə keçməyə hazır olduqlarını və bütün prosesləri tamamlamaq üçün ciddi şəkildə irəliləmək istədiklərini bildirib.
Aytən Yaşar/ Turkustan.az