Zelenski: Ukraynanın ərazi bütövlüyünü güzəştə getməyəcəyik!


Ukrayna prezidenti Vladimir Zelenski Rusiyanın Krımı qanunsuz ilhaqının 11-ci ildönümü ilə bağlı çıxışı zamanı deyib ki, onun ölkəsinin ərazi bütövlüyü və suverenliyi güzəştə açıq məsələ deyil.

Turkustan.az xəbər verir ki, Zelenski sosial media hesabında Krım tatar dilində paylaşdığı yazılı açıqlamada Rusiyanın 11 il əvvəl Ukraynanın Krım bölgəsini qanunsuz işğal edərək ölkəsinə qarşı hücuma keçdiyini qeyd edib.

“Bu gün Rusiyanın Krımı işğal etməsinə göz yummayanların hamısı üçün cəsarət və dürüstlük günüdür” - Zelenski bu ifadədən istifadə edərək 26 fevralın Krımın müqavimətini göstərən gün olduğunu vurğulayıb.

"Krımın işğalından sonrakı illər çox kədər gətirdi. Dünyada bir çox insan nə baş verdiyini tam anlamaq istəmədi. Bununla belə, biz Krımın azad edilməsi məsələsini qlobal gündəmə gətirə bildik, Krım Platformasını qurduq. Rusiyanın işğalı normallaşdırmasına icazə vermirik, bütün Ukrayna üçün təhlükəsizlik zəmanəti və davamlı sülh üçün mübarizədəyik”, - deyə Zelenski bildirib.

Ölkəsini dəstəkləyən hər kəsə təşəkkür edən Zelenski deyib: "Ukraynanın ərazi bütövlüyü, suverenliyi və təhlükəsizliyi güzəştə açıq deyil və heç vaxt da olmayacaq. Bizim Krımda müqavimət günü həqiqətə və Ukraynaya hörmət günüdür".


MANŞET XƏBƏRLƏRİ