Avropa ölkələri bu məsələdə siyasi qüvvələrin balansında dəyişikliklər fonunda Kiyevi münaqişəni davam etdirməyə təhrik edir.
Turkustan.az xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Qətərə səfərinin yekunlarına dair mətbuat konfransında deyib.
“Ukraynada siyasi qüvvələr balansı dəyişəndə, Birləşmiş Millətlər Təşkilatındakı səsvermədə göründüyü kimi, Avropa dərhal bu tendensiyanı pozmağa çalışır, Kiyevə yeni böyük hərbi yardım paketləri elan edir, onu hərbi əməliyyatları davam etdirməyə sövq edir",
Nazir qeyd edib ki, “Ukraynanı Rusiyadan qoparmaq üçün zəmin hazırlayanda” və digər münaqişələr kontekstində “ya bizimlə, ya da bizə qarşı” düşüncəsi Avropanı xarakterizə edir. “Bu zehniyyət hər yerdə istənilən prosesə çox zərərli təsir göstərir”-deyə, o vurğulayıb.
“Buna görə də Avropanın böhranların qızışdırılmasındakı rolu və Avropanın bu sahədə uzun əsrlər boyu bəşəri inkişaf yolu ilə qazandığı reputasiyası eyni vəziyyətdə qalır”-deyə, Lavrov yekunlaşdırıb.
Aytən Yaşar/ Turkustan.az