"Zelenski ruslara qarşı vuruşur ki, Ukraynanı Amerikaya versin" - Qustavo Petro


Kolumbiya prezidenti Qustavo Petro Ukrayna ilə ABŞ arasında mineral ehtiyatların işlənməsinə dair mümkün sazişin bağlanmasını Zelenskinin axmaqlığı adlandırıb.

Turkustan.az xəbər verir ki, Petro X-də Ukraynanın mineral ehtiyatlarla bağlı ABŞ-la razılığa gəldiyi iddia edilən xəbəri şərh edərkən bunları deyib: "Ukraynalılar slavyan qardaşları ilə vuruşurlar və sonda Ukraynanı amerikalılara verirlər. Axmaqlıqdır!"

O, əlavə edib:
"Bəli, bu Zelenskinin axmaqlığıdır və mən bunu açıq şəkildə deyirəm ki, o, hara getdiklərini bilməyən Qərbi avropalıları manipulyasiya etməyə icazə verdi".

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ