İngiltərə Müdafiə Naziri Con Healey müdafiə sənayesini ölkədəki iqtisadi inkişafın hərəkətverici qüvvəsi edəcəklərini ifadə edərək, "Hazırda təhdidlər artmaqdadır və İngiltərəni daha təhlükəsiz və güclü tutmaq üçün yeni bir müdafiə dövrünə ehtiyacımız var" -dedi.
Turkustan.az xəbər verir ki, "Sky News"-a danışan Healey ölkəsinin müdafiə xərclərini artırmaq qərarından danışıb.
O, ABŞ prezidenti Donald Trampın Avropanı öz təhlükəsizliyi ilə bağlı addımlar atmağa çağırdığını bildirib və NATO ölkələrinin bu problem qarşısında müdafiə xərclərini artırmaq üçün lazım olanı edəcəyinə diqqət çəkib.
İngiltərə Baş naziri Keir Starmerin dünən açıqladığı, "ölkəsinin müdafiə xərclərini 2027-ci ilə qədər 2,5 faizə çatdırmaq" qərarını xatırladan Healey sözlərini belə davam etdirdi:
"Böyük Britaniya NATO daxilində Avropa ölkələrinə daha çox ağır yüklərin yüklənməsinə kömək edəcək. Biz bunu təmin etməliyik ki, cəbhə xəttindəki qüvvələrimizi Rusiya və digər düşmənlərin qarşısını almaq üçün döyüşməyə daha yaxşı hazırlaya bilək".
Aytən Yaşar/ Turkustan.az