Rusiya Ukraynanın böyük hücumuna hazırlaşır - Təcili


Rusiya hakimiyyət orqanları geosiyasi gündəmdəki dəyişikliklərə belə reaksiya verib: hələ heç kim açıq şəkildə sülhə hazırlaşmır.

Turkustan.az xəbər verir ki, bu barədə VÇK-OQPU Teleqram kanalı yazıb.

Kanalın məlumatına görə, gözlənilmədən Moskva və Moskva vilayətinin administrasiyalarında Terrorla Mübarizə komissiyalarının təcili iclasları çağırılıb:

“Gündəlikdəki məsələlər isə heç bir halda sülhlə bağlı deyildi. Tədbirlər təcili keçirilib və sakinləri hava təhlükələrindən vaxtında sığınacaqla necə təmin etməyə həsr olunub. DİN, Rosqvardiya, FHN, Mülki Müdafiə, Mənzil-Kommunal Xidmətinin mütəxəsisləri yaşayış binalarında müvəqqəti bomba sığınacaqlarının vəziyyətini müzakirə ediblər”. /axar.az/


MANŞET XƏBƏRLƏRİ