2024-cü ildə Rusiya həbsxanalarından müharibəyə qatılanların sayı 2023-cü illə müqayisədə iki dəfə, 2022-ci illə müqayisədə isə 3,5 dəfə azalıb.
Turkustan.az xəbər verir ki, bu barədə Rusiyanın “Kremlyovskaya Tabakerka” Teleqram kanalı mənbəyə istinadla məlumat yayıb.
Rusiya Federal Penitensiar Xidmətinin əməkdaşının verdiyi məlumata görə, “Vaqner” özəl hərbi şirkətinin rəhbəri Yevgeni Priqojinin ölümündən sonra döyüşməyə getmək istəyənlərin sayı azalıb.
Bundan başqa, qeyri-leqal miqrantların da müharibə cəlb olunması nəticəsiz qalıb. /axar.az/