ABŞ qoşunlarını Avropadan çıxarır


“Qərb kəşfiyyat agentlikləri və siyasətçiləri Rusiya ilə ABŞ arasında danışıqların Amerika qoşunlarının Avropanın əhəmiyyətli hissəsində mövcudluğunun sona çatmasına səbəb ola biləcəyindən ehtiyat edirlər”.

Turkustan.az xəbər verir ki, bu barədə “Bild” qəzeti yazır.

“Bizdə olan məlumata görə, bu, Rusiya Prezidenti Vladimir Putinin 2021-ci il üçün tələblərinə, yəni ABŞ qoşunlarının 1990-cı ildən sonra alyansa qoşulmuş bütün NATO dövlətlərindən çıxarılmasına aiddir”, - Şərqi Avropa üzrə təhlükəsizlik xidmətinin nümayəndəsi “Bild”-ə bildirib.

Eyni zamanda, nəşrin qeyd etdiyi kimi, İtaliya da ABŞ qoşunlarının tanınmamış Kosovodan çıxarılmasına hazırlaşır. ABŞ-nin Avropa Komandanlığının (EUCOM) məlumatına görə, hazırda Avropada təxminən 78 000 ABŞ əsgəri var. Onlardan təxminən 37 000-i Almaniyada yerləşdirilib. /Cebheinfo.az/


MANŞET XƏBƏRLƏRİ