Trampın təsviri olan 250 dollarlıq əskinaslar hazırlanır


ABŞ Konqresinin Nümayəndələr Palatasının üzvü Joe Vilson, prezident Donald Trampın şəklinin əks olunduğu 250 dollarlıq əskinasın olması üçün qanuni işlərə başladığını açıqlayıb.

Turkustan.az xəbər verir ki, respublikaçı konqresmen Vilson X sosial media platformasında məsələ ilə bağlı açıqlama verib.

ABŞ-dakı inflyasiyanı keçmiş prezident Bayden ilə əlaqələndirərək "Bidenflyasiya" olaraq xarakterizə edən Vilson, "Bidenflyasiya Amerika ailələrini daha çox nağd pul daşımağa məcbur edərək iqtisadiyyatı məhv etdi"-deyə, bildirib.

Vilson, Trampın şəklinin yer alacağı 250 dollarlıq əskinas üçün qanun layihəsi hazırlamağa başladığını bildirib və əlavə edib: "Ən dəyərli prezident üçün, ən qiymətli əskinas!"

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ