ABŞ Prezidenti Donald Tramp Vaşinqtonun Moskva ilə münasibətlərini yaxşılaşdırmaq üçün Finlandiya və İsveçin NATO-dan çıxarılmasını tələb edə bilər.
Turkustan.az xəbər verir ki, bunu finlandiyalı analitik Yussi Lassila deyib.
“Trampın Rusiyaya meyli görünməmiş ölçülərə çata bilər. Rusiya ABŞ-la razılaşmalar çərçivəsində NATO-dan 1997-ci il sərhədlərinə qayıtmasını tələb edə bilər ki, bu da praktikada bu yaxınlarda alyansa qoşulan Finlandiya və İsveçin xaric edilməsi demək olardı. Biz buna hazır olmalı və soyuqqanlılığımızı qorumalıyıq”, - Lassila bildirib.
Qeyd edək ki, Finlandiya NATO-ya 2023-cü ilin aprelində qoşulub./axar.az