Bir gecədə 100-dən çox PUA havaya qalxdı: Bu ən intensiv hücum idi


Rusiya Müdafiə Nazirliyi açıqlamasında bildirib ki, Ukrayna gecə saatlarında PUA-larla Rusiya ərazisinə hücum etməyə cəhd edib.

Turkustan.az xəbər verir ki, açıqlamada qeyd olunub ki, Rusiya hava hücumundan müdafiə sistemləri tərəfindən 83-ü Krasnodar, 1-i Bryansk, 1-i Kursk bölgələri, 30-u ilhaq edilmiş Krım, 8-i Azov dənizi, 5-i Qara dəniz üzərində vurulub.

Krasnodar vilayətinin qubernatoru Veniamin Kondratyev Telegram-da verdiyi açıqlamada Ukraynanın PUA-larla mülki şəxslərə hücum etməyə cəhd etdiyini bildirərək, "Nəticədə 3 binaya ziyan dəyib. İlkin məlumata görə, xəsarət alan və ölən yoxdur" deyib.

Ukraynanın həyata keçirdiyi pilotsuz təyyarə hücumunun ilin əvvəlindən bəri ən intensiv hücum olduğu bildirilib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ