ABŞ prezidenti Donald Trampın Ukrayna və Rusiya üzrə xüsusi nümayəndəsi Keyt Kelloq Ukrayna münaqişəsinin tezliklə bitəcəyinə əminliyini bildirib.
Turkustan.az xəbər verir ki, Kelloqq fevralın 25-də Fox News-a müsahibə verib. O, bildirib ki, "Mən Trampın bu münaqişə ilə nə etmək niyyətində olduğuna çox müsbət yanaşıram. Və tam əminəm ki, bu müharibə yaxın gələcəkdə bitəcək".
ABŞ liderinin xüsusi nümayəndəsi Vaşinqtonun keçmiş administrasiya rəhbəri Co Baydenin Rusiya prezidenti Vladimir Putinlə danışıqlara getmək istəməməsini tənqid edib. "Son administrasiyada bizim nəyimiz var idi? Bayden insanlarla belə danışmadı. O, Kim Çen In ilə dörd il danışmadı, prezident Putinlə iki il yarımdan çox danışmadı. Prezident Tramp başa düşür ki, müqavilələrin bağlanmasında iştirak edən hər kəslə danışmalıdır"- Kelloq deyib.
Rusiya və ABŞ prezidentləri fevralın 12-də baş tutan telefon danışığında digər məsələlərlə yanaşı, Ukraynadakı münaqişənin həlli perspektivlərini də müzakirə ediblər. Kremlin məlumatına görə, Tramp hərbi əməliyyatlara tez son qoyulması və problemin sülh yolu ilə həllinin tərəfdarı olub.
Aytən Yaşar/ Turkustan.az