Daha bir ölkə Ukraynaya “hücuma keçir” – Yeni ərazi itkiləri…


ABŞ Prezidenti Donald Tramp mineral ehtiyatlarla bağlı sazişi imzalamaq üçün Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşə biləcəyini deyib. Bu səbəbdən Zelenskinin yaxın iki həftə ərzində Vaşinqtona səfəri gözlənilir.

Tramp Ukrayna prezidentinin ABŞ-a səfər etməli olduğunu, əks təqdirdə bu ölkəyə göndərilən yardımların geri tələb ediləcəyini söyləyib. Ağ Ev liderinin Ukraynanın təbii ehtiyatları ilə bağlı son açıqlamaları, Kiyevi yardımların əvəzini ödəmək üçün sıxışdırması diqqət çəkir.

Zelenski Vaşinqtona səfər edib sözügedən müqaviləni imzalayacaqmı? ABŞ prezidenti hansı amillərə əsasən ukraynalı həmkarının bunu edəcəyinə arxayındır?

Globalinfo.az-a danışan siyasi şərhçi Kənan Novruzov deyib ki, Tramp Rusiya-Ukrayna müharibəsinə biznesmen təfəkkürü ilə yanaşır:

“O, hər iki tərəfin özündən asılı olduğunu başa düşür və bu fürsəti qiymətləndirir. ABŞ-ın həm Moskva, həm də Kiyevdən gözləntiləri var. Rusiyadan əsas gözləntisi İran və Çinlə əlaqələri zəiflətməkdir. Ukraynanın isə torpaqlarına və təbii sərvətlərinə göz dikib. İndi hansı tərəf Vaşinqtonun maraqlarını daha çox təmin edər və şərtlərinə razı olarsa, ona güzəşt edəcək.

Əgər Ağ Ev Ukraynadakı münaqişənin nizamlanmasına dair razılaşmanın bu həftə əldə oluna biləcəyinə əmindirsə, deməli, Moskva və Kiyevlə təmaslar nəticə verib. Yəni tərəflərdən ən azı biri ABŞ-ın şərtlərini qəbul edib. Ehtimal ki, rəsmi Kiyev təbii sərvətlərin hasilatına dair Vaşinqtonla müqavilə imzalamağa razı olacaq. Bunun Ağ Evin Ukrayna ilə bağlı qismən güzəştli mövqe ortaya qoyması və Moskvaya qarşı təzyiqlərlə nəticələnməsi gözləniləndir.

Müharibənin başa çatması perspektivdə ABŞ-ın Ukraynaya investisiya qoya biləcəyi mənasına gəlir. Trampı tələsdirən əsas məsələlərdən biri də elə budur. O, Kiyevə sərmayə qoymaqla ölkəni öz maraqları naminə istifadə etmək istəyir”.

08bZbRHikP1Dwhs6SRea
Kənan Novruzov

K.Novruzov bildirib ki, gələn həftə müəyyən razılaşmaların əldə olunması mümkündür:

“Əgər bu olarsa, prosesin davamı da gələcək. Maddi vəsaitin qaytarılması məsələsinə gəldikdə, əslində Trampın bu tələbi o qədər də ədalətli deyil. Çünki Ukraynaya maliyyəni əvvəlki Ağ Ev hakimiyyəti ayırıb.

Buna baxmayaraq, ABŞ Kiyevə təzyiqləri davam etdirəcək və ölkənin təbii sərvətlərinə iddianın əsaslı olduğunu göstərməyə çalışacaq. Hətta bir müddət sonra Vaşinqton Ukrayna torpaqlarına da iddia edə və ərazi təzminatı məsələsini gündəmə gətirə bilər. ABŞ anlayır ki, indi Ukraynanın bu maliyyə vəsaitini ödəmək imkanı yoxdur. Lakin yenə də Tramp Kiyevə maksimum təzyiq göstərməklə maksimum qazanc əldə etməyə çalışacaq”.


MANŞET XƏBƏRLƏRİ