Fevral ayının 28-də Ukrayna prezidenti Volodimir Zelenski ABŞ prezidenti Donald Trampla görüşmək üçün Vaşinqtona getməyi planlaşdırır.
APA xəbər verir ki, bu barədə “Reuters“ adının çəkilməsini istəməyən iki mənbəyə istinadən məlumat yayıb.
Məlumatda qeyd olunur ki, hər iki tərəfin dövlət rəsmiləri layihə ilə razılaşaraq onun imzalanmasını tövsiyə ediblər.
Ağ Ev məsələ ilə bağlı şərh verməkdən imtina edib. “Reuters“in mənbələrindən biri səfərin Tramp administrasiyası tərəfindən təklif edildiyini yazıb.