ABŞ Ukraynanın NATO-ya üzv olmasına imkan verməyəcək


Ukrayna prezidenti Vladimir Zelenski bu yaxınlarda keçirdiyi mətbuat konfransında Ukraynanın NATO-ya üzvlüyü müqabilində istefa verə biləcəyini deyib.

Turkustan.az xəbər verir ki, ABŞ-ın milli təhlükəsizlik müşaviri Mike Waltz "Fox News" telekanalında iştirak etdiyi proqramda Ukraynanın NATO-ya üzvlüyünün mümkünlüyünü şərh edərək, Ukraynanın NATO üzvlüyünün müzakirə mövzusu olmadığını bildirib.

“Mən düşünmürəm ki, Birləşmiş Ştatlar Ukraynanın NATO-ya daxil olmasına və NATO-nun 5-ci maddəsinə əsasən Ukraynaya qoşun yeritməsinə icazə verməyəcək”-deyə, Vals bildirib.

ABŞ prezidenti Donald Tramp və ABŞ müdafiə naziri Pit Heqset Ukraynanın NATO-ya üzvlüyü ilə bağlı oxşar fikirlər səsləndirərkən, Avropa liderləri Ukraynanın NATO üzvlüyünün gündəmdə olması lazım olduğunu bildirirlər. Fransa prezidenti Emmanuel Makron ABŞ-ın şərhlərinə etiraz edərək, heç kimin Ukraynanın NATO üzvlüyünə məhəl qoymamağa haqqı olmadığını bildirib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ