Rusiya XİN təkzib etdi: Bu gün Ər-Riyadda görüş olmayacaq!


Bu gün Ər-Riyadda Rusiya Xarici İşlər Nazirliyinin nümayəndələri ilə heç bir görüş keçirilmir.

Turkustan.az xəbər verir ki, bu barədə TASS-a Rusiya diplomatik missiyası məlumat verib.
"Bu gün Ər-Riyadda Xarici İşlər Nazirliyinin iştirakı ilə heç bir görüş keçirilmir"-deyə, nazirlikdən bildiriblər.

Qeyd edək ki, bir müddət əvvəl Qərb mətbuatında Rusiya və ABŞ-ın iştirakı ilə fevralın 25-də Ər-Riyadda nəzərdə tutulduğu iddia edilən görüş barədə məlumatlar yer alıb.

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskovun verdiyi məlumata görə, növbəti Rusiya-Amerika təmasları xarici işlər nazirlikləri vasitəsilə ekspertlər səviyyəsində baş tutacaq. Eyni zamanda, görüşlə bağlı təfərrüatlar üçün Rusiya Xarici İşlər Nazirliyi ilə əlaqə saxlamağı tövsiyə edib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ