Ərəb Liqasının toplantısına Suriya prezidenti Əhməd Şəranın dəvət edildiyi açıqlanıb.
Turkustan.az xəbər verir ki, Suriya Rəyasət Heyəti Misirin ev sahibliyi edəcəyi Qəzza üzrə Ərəb Liqasının toplantısına Suriya prezidentini də dəvət edib.
“Suriya Ərəb Respublikasının Prezidenti cənab Əhməd əl-Şara Misir Ərəb Respublikasının Prezidentindən Ərəb Liqasının martın 4-də Qahirədə keçiriləcək fövqəladə Zirvə toplantısında iştirak etmək üçün rəsmi dəvət alıb”- deyə, məlumatda bildirilir.
Aytən Yaşar/ Turkustan.az