Ukrayna 2030-cu ilə qədər Aİ-yə daxil ola bilər


Avropa Komissiyasının sədri Ursula fon der Leyen Ukraynanın Avropa İttifaqına (Aİ) üzvlük prosesi ilə bağlı müsbət açıqlamalar verib.

Turkustan.az xəbər verir ki, Von der Leyen bildirib ki, Ukrayna indiki tempi və indiki keyfiyyətləri ilə davam edərsə, 2030-cu ilə qədər Avropa Birliyinə üzv ola bilər. Avropa Şurasının sədri Antonio Kosta qeyd edib ki, Ukraynanın Aİ-yə üzvlük ən mühüm təhlükəsizlik təminatlarından biri ola bilər.

24 fevral 2022-ci ildə başlayan müharibədən dərhal sonra Aİ-yə üzvlük üçün müraciət edən Ukrayna 2022-ci ilin iyununda namizəd ölkə kimi qəbul edilib. Ukraynanın üzvlüklə bağlı danışıqlar 2023-cü ilin sonunda başlayıb.

Ukrayna da 2017-ci ildən viza liberallaşdırılmasından yararlanıb.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ