Birləşmiş Ştatlar BMT Baş Assambleyasının fevralın 24-də səsvermə keçirəcəyi Aİ və Ukraynanın müəllifi olduğu Rusiya əleyhinə qətnamə layihəsini geri götürməyə çağırıb.
Turkustan.az xəbər verir ki, bu barədə “Financial Times” qəzeti mənbələrə istinadən məlumat yayıb.
“Rəsmilərin fikrincə, bu qarşıdurma BMT Təhlükəsizlik Şurasına çata bilər, orada ABŞ Rusiya və Çinin yanında ola bilər”-deyə, nəşr yazır.
Qəzetin yazdığına görə, Kiyev və Aİ Rusiyanın Ukraynadakı hərəkətlərini pisləyən qətnamə layihəsi hazırlayıb. BMT Baş Assambleyası fevralın 24-də bununla bağlı səsvermə keçirməlidir. ABŞ qətnamənin geri götürülməsinə çağırıb və öz mətnini təklif edib. O, “Ukraynanın hərəkətlərini Rusiyanın hərəkətləri ilə eyniləşdirir” və “Rusiya Federasiyası ilə Ukrayna arasında münaqişə zamanı faciəli itkilərə” görə təəssüfləndiyini bildirir.
Aytən Yaşar/ Turkustan.az