Kiyevə gələn avropalı lider: Putin uduzdu


Rusiya Prezidenti Vladimir Putin müharibəni uduzdu və Ukrayna ilə onun maraqlarına əsaslanan sülh müqaviləsi bağlanmalıdır.

Turkustan.az xəbər verir ki, bunu Kiyevdə Avropa liderlərinin iştirakı ilə keçirilən “Ukraynaya dəstək” plenar iclasında çıxış edən Finlandiya Prezidenti Aleksandr Stub deyib.

“Putin bu müharibəni uduzdu. Biz Ukraynanı Avropa İttifaqı və NATO-da, vahid Avropa görəcəyik. Ümid edirik ki, gələcəkdə daha güclü, daha qətiyyətli transatlantik alyans olacaq. Artıq Ukraynanın qələbə planına yol açmaq vaxtıdır”, - o vurğulayıb.

Həmçinin Stub qeyd edib ki, Putin Ukraynanın müstəqilliyinə əsaslanan sülhü qəbul etməli olacaq. /Teleqraf/


MANŞET XƏBƏRLƏRİ